Az.shafaqna.com “7News”-ə istinadən xəbərə əsasən, Avstraliya məhkəməsi supermarketdə tualet kağızı üstündə dava etmiş iki qadını ictimai yerdə davada iştirakda təqsirli bilib.

Qadınların davasının videosu internetdə bir neçə milyon baxış toplayıb. Kadrlarda görünür ki, qadınlardan birinin mağaza arabası tam şəkildə tualet kağızları ilə doludur. Bunu görən digər qadın həmin qadının arabasından tualet kağızlarından birini götürməyə çalışıb. Nəticədə də onlar arasında dava yaranıb.

Tualet kağızı əlindən alınmağa çalışan qadın iddia edir ki, özünümüdafiə hüququndan istifadə edib. Lakin hakim qadının sözlərini məqbul saymayıb. Qadın apellyasiya şikayəti verib.