Az.shafaqna.com “apsny.ge”-yə istinadən xəbər verir ki, Acarıstan Muxtar Respublikasının hökumət başçısı Tornike Rijvadze bildirib ki, Gürcüstan vətəndaşları işləmək üçün Türkiyəyə gedə biləcəklər.

O deyib ki, Türkiyəyə işləməyə getmək istəyən bütün vətəndaşlar işə götürənin verdiyi rəsmi 3 aylıq arayışı təqdim etməlidirlər.

Koordinasiya şurasının iclasında Türkiyəyə işləmək üçün getmək istəyən vətəndaşların məsələsini müzakirə etdik. Qərar qəbul edildi ki, bütün Gürcüstan vətəndaşları və əlbəttə, ilk növbədə Acarıstan sakinləri işə götürənin verdiyi 3 aylıq dəvət əsasında işləmək üçün Türkiyəyə gedə biləcəklər”, – deyə Rijavadze qeyd edib.

O əlavə edib ki, gürcüstanlılar Gürcüstana “geri qayıdan zaman karantindən keçməli olacaqlar”.