Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Tbilisi meri Kaxa Kaladze yayılan şayiələrə reaksiya verib.
Onun sözlərinə görə, onun siyasəti tərk edəcəyinə dair məlumat həqiqətə uyğun deyil və o, öz vəzifəsini yerinə yetirməyə davam edir.
Tbilisi meri bildirib ki, ölkənin rifahı üçün çalışır.
“Mən “Gürcü Arzusu”-nun baş katibiyəm. Parallel olaraq, mən paytaxt meriyəm . Müvafiq olaraq da, mən öz fəaliyyət və Tbilisi əhalisinin əksəriyyətinin üzərimə qoyduğu vəzifələrimi davam etdirirəm”, – deyə o qeyd edib.
Qarşıdan gələn seçkilərə gəlincə isə, Kaladze deyib ki, namizədlik məsələsi daha sonra ictimaiyyətə açıqlanacaq.
Bu məqaləni paylaş