Az.shafaqna.com “Ren TV”-a istinadən xəbər verir ki, Türkiyənin cənubunda yerləşən Mersin əyalətində hərbçiləri daşıyan avtobus qəzaya uğrayıb.

Bildirilir ki, qəza nəticəsində azı 6 nəfər həyatını itirib: 5 hərbçi və 1 sürücü.

Daha 10 nəfər isə xəsarət alıb və vəziyyətləri ağırdır. Onlar Mut şəhər xəstəxanasına yerləşdiriliblər.

Qəzanın səbəblərinin müəyyən edilməsi istiqamətində araşdırma aparılır.