Turnava lokdaun və sərt məhdudiyyətlər barədə danışdı

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstan hökuməti lokdaundan, sərt məhdudiyyətlər və biznesin qapanmasından maksimum yaxa qurtarmaq üçün mümkün olan hər şeyi edəcək.

Bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natiya Turnava bildirib.

Pandemiyaya baxmayaraq, biz lokdaunsuz, sərt məhdudiyyətlərsiz və biznesin qapanışı olmadan, həmçinin turizm sənayesində məhdudiyyətlər olmadan keçinmək üçün hər şeyi edəcəyik”, – deyə o qeyd edib.

Bununla yanaşı, onun sözlərinə görə, turizm sənayesinin bərpası və parallel olaraq da pandemiya ilə mübarizə adi məsələ deyil.

O bildirib ki, turizm pandemiyadan ən çox zərər görmüş sahədir və məhz buna görə də hökumət müxtəlif dövlət proqramları çərçivəsində ən çox yardımı bu sahəyə göstərir.

Hökumətin 2020-2021-ci illə üçün olan anti-böhran planının böyük hissəsi məhz turizm sahəsinə yönəlib – bunlar vergi güzəştləri, xüsusi proqramlar, o cümlədən də “Gürcüstanda İstehsal Et” proqramının yeni komponentləri, həmçinin çoxlu digər yardımlardır”, – deyə o əlavə edib.

Turnava deyib ki, Gürcüstanda 3-cü dalğanın yaşanmasına baxmayaraq, ölkədə beynəlxalq uçuşlar açıqdır və bu da turizm sənayesinin yavaş-yavaş bərpasına gətirib çıxarır.

May ayında Baş nazir biznesin bütün sahələri ilə şəxsən görüş keçirəcək və əlbəttə ki, prioritet istiqamətlərdən biri turizm olacaq”, – deyə o qeyd edib.

Narizin sözlərinə görə, turizm sənayesi diqqət mərkəzindədir və bu sahədə maksimum məhdudiyyətlərsiz ötüşmək üçün hər şey ediləcək.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş