© photo: Sputnik / Alexander Imedashvili

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, paytaxtda şəxsi avtomobillə hərəkət Tbilisinin nəqliyyat inkişafı maraqlarına uyğun deyil, buna görə də bu istiqamət şəhər rəhbərliyi üçün prioritet olmayacaq.

Bu haqda şəhərin vitse-meri İrakli Xmaladze bildirib.

Onun sözlərinə görə, şəhər meriyasında deyilir ki, şəhər rəhbərliyi tez-tez şəxsi avtomobil sahibləri tərəfindən tənqid obyektinə çevrilir.

Fakt budur ki, islahatlar olmadan şəhərin nəqliyyat sistemi tab gətirməyəcək və hər il idxalı baş verən avtomobil axınını özündə yerləşdirməyəcək. Heç kimin gündəlik tıxaclar və uşaqlarımızın işlənmiş qazlarla zəhərlənməsindən məmnun olmaması da digər bir faktdır. Müvafiq olaraq, (vəziyyətdən) çıxış tapılmalıdır”, – deyə o qeyd edib.

O, bu məsələnin həllini ictimai nəqliyyatın inkişafı və şəxsi avtomobildən gündəlik istifadənin azaldılmasında görür.

Xmaladze bildirib ki, şəhər meriyası Tblisi sakinlərinin ictimai nəqliyyatla hərəkətinin şəxsi avtomobillə hərəkətdən daha da komfortlu olması üçün hər şeyi edəcək.

Bunu mən düşünməmişəm. Bu, bir çox inkişaf etmiş şəhərlərin artıq keçdiyi bir yoldur və təəssüf ki, başqa bir yol yoxdur. Yollar, pulsuz və komfortlu avtomobil dayacanaqları nə qədər çox olarsa, avtomobillər, tıxaclar və işlənmiş qazlar da bir o qədər çox olacaq”, – deyə o qeyd edib.

O deyib ki, hər hansısa bir qadağaların tətbiqi planlaşdırılmır, sadəcə meriya ictimai nəqliyyatla hərəkətin şəhərin sakinləri və qonaqları üçün qat-qat rahat olmasının üzərində işləyəcək.

Xatırladaq ki, Tbilisi meri Kaxa Kaladze daha öncə bildirib ki, 2020-ci ilin sonunadək paytaxtdakı bütün köhnə avtobuslar yeniləri əvəzlənəcək.