UEFA-nın prezidenti Aleksander Çeferinin illik qazancı açıqlanıb.

Az.shafaqna.com Sportline-yə istinadən xəbər verir ki, sloveniyalı funksioner, 2019/20 mövsümündə vergilər xaric 2,19 milyon avro qazanıb.

Bu barədə “Vozpopuli” nəşri məlumat yayıb. Xəbərdə, bu məbləğin əvvəlki mövsümə görə 450 min avro çox olduğu bildirilib.

Çeferin 2016-cı ildən UEFA-nın prezidentidir. 53 yaşlı funksioner quruma rəhbər təyin olunduqdan sonra ümumilikdə 6,7 milyon avro qazanıb.

Əvvəlki məqalə“YAŞAT” Fondu daha 3 qazinin əməliyyat xərclərini qarşıladı – FOTO
Növbəti məqalədəDİM abituriyentlərə müraciət etdi