Çavuşoğlu: Türkiyə Qara dənizdə gərginliyin əleyhinədir

Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, region ölkələri, o cümlədən də Türkiyə, Ukrayna və onun sərhədləri yaxınlığındakı proseslərdən narahatdır.

Bunu Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu Polşa və Rumıniyadan olan həmkarları ilə keçirdiyi 3-tərəfli görüşdən sonrakı mətbuat konfransında bildirib.

Son günlər biz ümidverici xəbərlər alırıq və dialoq və diplomatiyanın qələbəsinə ümid edirik”, – deyə o qeyd edib.

Çavuşoğlu ölkələrin birlik və həmrəyliyinin, siyasi koordinasiyasının əhəmiyyətini qeyd edib.

Qara dəniz regionu – bizim ortaq evimizdir və biz gərginliyin artmasına yol verməmək üçün addımlar atmalıyıq”, – deyə o əlavə edib.

Bu məqaləni paylaş