Foto: stv24.tv

Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, təbii fəlakət Lentexi rayonunda problemlərə səbəb olub.

Gürcüstan rəsmisi Arçila Caparidzenin sözlərinə görə, güclü dolu və qasırğa nəticəsində əhaliyə məxsus həyatyanı sahələr ziyan görüb.

Ağaclar yerindən qoparaq bir neçə kəndə aparan yollardakı hərəkəti məhdudlaşdırıb.

Təbii fəlakət nəticəsində 6 kənd zərər görüb”, – deyə o qeyd edib.

Caparidze deyib ki, yerlərdə xüsusi qruplar işləyir, bir neçə kəndə aparan yollardakı məhdudiyyət aradan qaldırılıb.

O deyib ki, hazırda dəyən ziyanın həcmi barədə danışmaq üçün tezdir.