Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstana səfər edəcək, lakin səfərin vaxtı hələ razılaşdırılmayıb.
Bu barədə Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan məlumat verib.
“Sabiq Baş nazir Giorgi Qaxariya 2018-ci ildə Türkiyəyə gələndə, danışıqlar zamanı razılaşdırılmışdı ki, Türkiyədə strateji şuranın yüksək səviyyəli iclası keçirilməlidir və həmin iclasda Türkiyə və Gürcüstan nazirlər kabinetinin üzvləri də iştirak etməlidirlər. Bundan sonra isə prezident Ərdoğan yazda Gürcüstana səfər etməli idi, lakin pandemiya başladı və hər şey qapandı”, – deyə o qeyd edib.
O deyib ki, Türkiyə tərəfi hazırda Gürcüstan hökuməti ilə səfər tarixini və onun qrafiki razılaşdırır.
Bu məqaləni paylaş