Danimarka Qida Təhlükəsizliyi və idarəetmə mərkəzindən yayılan məlumata görə H5N8 virusu Holstebro şəhərinin sərhədləri daxilində yerləşən Vinderup kəndindəki bir fermada qaz və ördəklərdə aşkarlanıb.
Az.shafaqna.com trthaber-ə istinadən xəbər verir ki, fermadakı 10 min ördək və 9 min qazın tələf edilməsinə başlandığı ifadə edilən açıqlamada 2020-ci ilin noyabrından bəri ölkədə 15-ci dəfə quş qripi virusunun qeydə alındığı bildirilib.
Keçən il mart ayında təxminən 65 min hinduşka və son 5 ayda isə 100 mindən çox qanatlı H5N8 virusu səbəbiylə məhv edilib.
Bu məqaləni paylaş