Qaribaşvili Kəşfiyyat Xidmətinə yeni başçı təyin etdi

Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Şalva Lomidzeni Kəşfiyyat Xidmətinin başçısı təyin edib.

Bu barədə məlumatı Gürcüstan Baş nazirinin mətbuat xidməti yayıb.

Hökumət başçısı bu gün Kəşfiyyat Xidmətinin yeni təyin edilən başçısı ilə görüş keçirib.

Hökumət administrasiyasındakı görüşdə regiondakı geosiyasi vəziyyət və təhlükəsizlik məsələləri müzakirə edilib.

Bu məqaləni paylaş