Tikaradze məhdudiyyətlərin ləğv ediləcəyini təsdiq etmədi

Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstanın səhiyyə naziri Yekaterina Tikaradze epidemioloji vəziyyət və məhdudiyyətlər barədə danışıb.

Epidemioloji vəziyyətə əsaslanaraq, müəyyən məhdudiyyətlərin ləğvi barədə danışmaq, əlbəttə ki, həqiqətə uyğun deyil”, – deyə o qeyd edib.

Nazir bildirib ki, hazırda ölkədəki epidemioloji vəziyyətin daha effektiv idarəsi üçün hansı əlavə tədbirlərin görülə biləcəyi barədə müzakirələr gedir.

Əlbəttə, biz lokal səviyyədə epidemioloji vəziyyətin daha effektiv idarəsi üçün hansı əlavə addımları ata biləcəyimizi müzakirə edirik. Bu, bazar ertəsi günü Qurumlararası Şuranın iclasında müzakirə ediləcək”, – deyə Tikaradze əlavə edib.

Bu məqaləni paylaş