Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu gürcüstanlı həmkarı David Zalkaliani ilə Buxarestdə görüşüb.
Az.shafaqna.com xəbər verir ki, bu barədə nazir Çavuşoğlu özünün “Twitter” hesabında məlumat paylaşıb.
Çavuşoğlu bildirib ki, Gürcüstanın xarici işlər naziri dostum Zalkaliani ilə Buxarestdə bir araya gəlməkdən məmnunam. Regional və ikitərəfli əlaqələrdən danışdıq.
Nazir Çavuşoğlu həmkarına iki ölkə arasındamı strateji tərəfdaşlığı gücləndirmə səylərini çatdıraraq, “Gürcüstanın suverenliyinə və torpaq bütövlüyünə dəstəyimiz davam edəcək” deyib.
#Gürcistan DB dostum David Zalkaliani ile Bükreş’te bir araya gelmekten memnunum.
-Bölgesel ve ikili ilişkilerimizi ele aldık.
-Stratejik ortaklığımızı güçlendirme kararlılığımızı yineledik.
-Gürcistan’ın egemenliğine ve toprak bütünlüğüne desteğimiz sürecek.🇹🇷🇬🇪 pic.twitter.com/P7yOcZ6lap— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) April 22, 2021
D. Zalkaliani isə özünün “Twitter” hesabında qeyd edib ki, Türkiyənin Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə, həmçinin, NATO-ya inteqrasiyasına verdiyi dəstək çox önəmlidir.