Az.shafaqna.com “Islam.ru”-ya istinadən xəbər verir ki, Almaniya hökuməti müqəddəs Ramazan ayı ərzində məscidlərdə azanın səsucaldanlardan verilməsinə icazə verib.
Federal hakimiyyət hesab edir ki, məscidlərin səsucaldanlardan azan verməsi pandemiya dövründə müsəlmanlar üçün dəstək jestidir.
Ötən ilə də Almaniya və Niderlandda 100-ə yaxın məscidin səsucaldanlardan azan verməsinə icazə verilmişdi.
Qeyd edək ki, Almaniyada, bir qayda olaraq, azanın səsucaldanlardan verilməsi qadağandır, bəzi xüsusi hallar isə istisnadır.
Bu məqaləni paylaş