Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi İranın Məşhəd şəhərində İmam Rza (ə) ziyarətgahını ziyarət edib.

Az.shafaqna.com xəbər verir ki, bu barədə pakistanlı nazir özünün twitter səhifəsində bildirib.

Pakistanda sülhün və rəfahın bərqərar olması, həmçinin İslam Ümmətinin birliyi üçün dua etdiyini qeyd edən nazir Şah Mahmud Qureyşi, hər il yarım milyon pakistanlı zəvvarların ziyarətə getdiyini bildirib və mükəmməl təşkilatçılıq üçün İrana təşəkkür edib.

Pakistanın xarici işlər naziri İmam Rzanın (ə) pak hərəmini  ziyarət etdikdən sonra Rəzəvi Qüds İdarəsinin direktoru ilə də görüşüb.

Əvvəlki məqalə“Azeri Light” nefti ucuzlaşıb
Növbəti məqalədəGürcüstanda yaşayan müsəlmanların çox hissəsi azərbaycanlılardır – Shafaqna Video