© AP Photo / Hussein Malla

Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Sudanın Qərbi Darfur bölgəsində silahlı hücum törədilib.

BMT Humanitar Məsələlərin Koordinasiyası İdarəsi (HMKİ) şənbə günü baş vermiş hadisə ilə bağlı məlumat yayıb.

Bildirilir ki, 25 iyulda Beyda yaşayış məntəqəsindən şimalda yerləşən Misteri kəndinə edilən silahlı hücum hücum nəticəsində 60-dan çox insan qətlə yetirilib, 60-a yaxın insan isə yaralanıb.

Hücumda təxminən 500 silahlı şəxsin iştirak etdiyi qeyd edilir. Yerli sakinlərin kəndin müxtəlif yerlərində yerləşən evləri, həmçinin bazar yandırılıb.

Qeyd edək ki, Sudanın qərbində yerləşən Darfur regionunda 2003-cü ildən hökumətlə üsyançı separatçı qruplaşmalar arasında silahlı toqquşmalar baş verir. Münaqişə dövrü ərzində zorakılıq nəticəsində, müxtəlif məlumatlara əsasən, 300-500 min insan həyatını itirib, 2,5 milyondan çox insan isə qaçqına çevrilib.