Az.shafaqna.com “civil.ge”-yə istinadən xəbər verir ki, bu gün Gürcüstan parlamenti növbədənkənar iclas zamanı konstitusiya dəyişikliklərini qəbul edib.

Seçki sistemindəki islahatlar üçün zəruri dəyişiklikləri 3-cü oxunmada 117 lehinə səslə qəbul edilib.

Müxalif Vahid Milli Hərəkat (VMH) və Avropa Gürcüstanı (AG) deputatları səsvermədə iştirak etməyiblər.

Qeyd edək ki, 10-cu çağırış parlamentə 120 deputat proporsional siyahı ilə seçiləcək, qalan 30 deputat isə təkmandatlı majoritar dairələrdə seçiləcək. Seçki baryeri 1% təşkil edəcək. Eyni zamanda, 40%-dən az səs toplamış partiya parlamentdəki yerləri yarısından çoxunu tuta bilməyəcək.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin