Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, BƏƏ prokurorluğu dilənçiliyə görə nəzərdə tutulan cəzalar barədə xatırlatma edib.
Müvafiq videoçarx qurumun sosial şəbəkə səhifələrində paylaşılıb.
Xüsusilə də, xəbərdarlıq edilib ki, “peşəkar dilənçi” bandalarının təşkilatçıları, o cümlədən də bunun üçün xaricdən adam gətirənlər 100 min dirhəmədək (27,3 min dollar) cərimələnə və azı 6 ay müddətinə həbs edilə bilərlər.
2 və daha artıq şəxsdən ibarət dəstə ilə dilənçilik mütəşəkkil hesab edilir.
Qeyd edilib ki, dilənçilik etdiyi ifşa edilən hər bir şəxs 5 min dirhəm (1,3 min dollar) cərimələnəcək və 3 ay müddətinə azadlıqdan məhrum ediləcək.
Əgər dilənçi özünü əlillik və xəstəliyə vuraraq insanları aldadarsa, həmçinin gəlir mənbəyinə sahib olarsa, onun cəzası daha sərt olacaq.