Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, İraqın fərqli ərazilərində partlayışlar törədilib.
Bir partlayış ötən gün axşam saatlarında Xanəgin və Cəlavla arasında baş verib. Nəticədə 1 iraqlı hərbçi həyatını itirib, 3-ü isə yaralanıb.
Eyni vaxtda oxşar partlayış Əmirlini Ozem və Həmrin rayonları ilə birləşdirən yolda baş verib. İraq təhlükəsizlik xidmətinin 2 əməkdaşı dünyasını dəyişib.
Əmirli polis rəisinin məlumatına görə, təhlükəsizlik əməkdaşları İŞİD terrorçularının qalıqlarının axtarışı əməliyyatı zamanı həyatlarını itiriblər.
Həmçinin həmin axşam Tuz-Xurmatuda mina partlaması nəticəsində 15 yaşlı çoban da həyatını itirib.
Bu məqaləni paylaş