Az.shafaqna.com “NewsGeorgia”-ya istinadən xəbər verir ki, Gürcüstan Müdafiə Qüvvələrinin (MQ) avtoparkının yenilənmə prosesi başlayır.

Bu haqda ölkənin Müdafiə Nazirliyi (MN) məlumat verib.

İlk mərhələdə MQ dəstələrinə təxminən 30 yeni maşın verilib – pikaplar və yolsuzluq maşınları. Avtomobillər ötən gün Tbilisinin yaxınlığındakı Orxevi bazasına çatdırılıb.

MN avtomobillərin ödənişini bir neçə il ərzində mərhələli şəkildə bitirməyi planlaşdırır.

Yeni nəqliyyat vasitələrinin alışı – bu, xərclərin effektivliyi nöqteyi nəzərindən mühüm qərardır, çünki il ərzində köhnəlmiş texnikanın təmir və qulluğu MQ-a milyonlarla lariyə başa gələr”, – deyə qeyd edilib.

Əlavə edilib ki, avtopartkın yenilənməsinin sayəsində Gürcüstan MQ-in imkanları təkmilləşdiriləcək.