Az.shafaqna.com xəbər verir ki, Ayətullahül Üzma Seyid Sistaninin xüsusi nümayəndəsi Ayətullah Seyid Cavad Şəhristaninin dünən koronavirus testinin müsbət çıxmasından sonra hər kəs öz narahatçılığını bildirib.

Ayətullah Seyid Cavad Şəhristaninin Türkiyədəki təmsilçisi və Alulbeyt Türkiyənin rəhbəri Höccətülislam vəl muslimin Onurşan Rəhmani özünün sosial şəbəkə profilində məlumat paylaşıb.

Paylaşımında deyilir:

“Ayətullahül Üzma Seyid Əli Sistaninin tam yetkili və mütləq vəkili, Beynəlxalq Alulbeyt Təşkilatlarının baş katibi Ayətullah Seyid Cavad Şəhristaninin koronavirus testi pozitiv çıxdığına görə, müşahidə altına alınıb.

Dostlardan dualarında digər xəstələrinizlə birlikdə Seyidimizi də unutmamalarını rica edirik.

Mütəal Allah bütün xəstələrimizə şifa versin!”

Qeyd edək ki, dünən Ayətullahül Üzma Seyid Sistaninin xüsusi nümayəndəsi Ayətullah Seyid Cavad Şəhristaninin koronavirus testinin pozitiv çıxması ilə bağlı məlumat yayılıb.

Əvvəlki məqaləTürkiyənin Liviyada neft axtarışları davam edəcək
Növbəti məqalədəGürcüstanda seçki ilə bağlı konstitusiya dəyişikləri qəbul edildi

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin
This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.

The reCAPTCHA verification period has expired. Please reload the page.