Foto: newsweek.com

Nigeriyanın Kaduna əyalətindəki özəl universitetə naməlum şəxslər tərəfindən silahlı hücum təşkil edilib.

Az.shafaqna.com Türkiyə mediasına istinadən xəbər verir ki, hücum zamanı çox sayda tələbə girov götürülüb.

Bu barədə Kaduna əyalətinin təhlükəsizlik məsələləri və daxili işlər üzrə rəsmisi Samuel Aruvan  məlumat verib.

Yerli mətbuat orqanlarının nümayəndələrinə bəyanat veran Samuel Aruvan hücum zamanı neçə tələbənin girov götürülduyu ilə bağlı məlumat verməyib.

Əvvəlki məqaləABŞ bir daha Әfqanıstana hәrbçi göndәrmәyәcәk
Növbəti məqalədəAzərbaycanda valyuta məzənnələri – 22.04.2021