Amerika Birlәşmiş Ştatlarının Mәrkәzi Komandanlığının komandanı Kennet McKenzi bildirib ki, ABŞ-ın Әfqanıstandakı hәrbçilәri ölkәdәn çıxdıqdan sonra bu ölkәdәki terror tәhdidlәri ilә mübarizә aparmaq çәtin olacaq. ABŞ heç bir şәkildә Әfqanıstana işğal mәqsәdi ilә daxil olmayacaq.

Az.shafaqna.com trthaber-ə istinadən xəbər verir ki, Nümayәndәlәr Palatasının Silahlı Qüvvәlәr Komitәsindә çıxış edәrәk  bu mәsәlәni qiymәtlәndirәn Kennet McKenzi Amerika Birlәşmiş Ştatlarının Әfqanıstana bir daha hәrbçi göndәrmәyәcәyini bildirib.

McKenzi deyib: ‘‘Bir daha Әfqanıstana işğal mәqsәdi ilә daxil olmayacağıq. Ölkәmizdәki tәhlükәsizlik mühitini pozmağa çalışanları tәsbit edib onlara lazımi cavabı verәcәyik.Bu asan olmayacaq. Bu çox çәtin olsa da imkansız deyil’’.

Kennet  McKenzi Amerika Birlәşmiş Ştatlarının Әfqanıstandakı terrorla mübarizә әmәliyyatlarını Amerikanın  başqa ölkәlәrdә yerlәşәn hәrbi hava ünsürlәri vasitәsilә hәyata keçirәcәyini qeyd edib.

Əvvəlki məqaləQarabağdakı Rusiya sülhməramlıları Azərbaycan Silahlı Qüvvələrinin yeddi karvanını müşayiət ediblər
Növbəti məqalədəNigeriyada universitetə hücum, tələbələr girov tutuldu