Qarabağdakı Rusiya sülhməramlıları Azərbaycan Silahlı Qüvvələrinin yeddi karvanını müşayiət ediblər

Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin nümayəndələri Azərbaycan Silahlı Qüvvələrinin yeddi karvanını müşayiət ediblər.

Az.shafaqna.com İnterfax-a istinadən xəbər verir ki, bu barədə RF Müdafiə Nazirliyi məlumat yayıb.

Dörd karvan şimal və cənub istiqamətində Laçın dəhlizindən, bir karvan Şuşa-Qırmızı Bazar-Qacar marşrutu boyunca, iki karvan isə əks istiqamətdə hərəkət edib.

“Humanitar Minatəmizləmə Mərkəzinin mühəndis-istehkam qrupları tərəfindən Dağlıq Qarabağ ərazisinin minalardan təmizlənməsi üzrə işlər davam etdirilir. Sutka ərzində 3 hektar ərazi təmizlənib, 3 ədəd partlama təhlükəli obyekt aşkarlanıb”, – deyə məlumatda bildirilir.

Bu məqaləni paylaş