© РИА Новости / Алексей Никольский

Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, İran COVAX vasitəsi ilə milyonlarla doza vaksin əldə etməyi planlaşdırsa da, ABŞ sanksiyaları buna mane oldu.

Bunu İran prezidenti Həsən Ruhani bildirib.

Əgər sanksiyalar olmasa idi, o zaman COVAX vasitəsi ilə Esfənd ayında (İran təqvimi ilə 19 fevral – 20 mart tarixlərini əhatə edir) tədarüklər olardı və bu gün milyonlarla insan vaksin əldə etmiş olardı”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, “İran tərəfi (COVAX vasitəsi ilə) 16,8 milyon doza vaksin əldə etməklə bağlı razılığa gəlmişdi”.

Mən istəyərdim ki, bizim xalqımız açıq-aydın şəkildə Vaşinqtonun bu cinayətini anlasın”, – deyə İran prezidenti əlavə edib.

Xatırladaq ki, yanvar ayında İran hökumətinin rəsmisi Əli Rəbii bəyan etmişdi ki, Tehran COVAX-la danışıqlar aparıb və İran 16,8 milyon doza vaksin alacaq. Lakin daha sonra tədarüklə bağlı təxirlərin baş verdiyi elan edildi.

COVAX – ÜST-ün koronavirusa qarşı vaksinlərin tədarükü üçün başlatdığı beynəlxalq mexanizm.

Əvvəlki məqaləHava proqnozu – 22.04.2021
Növbəti məqalədəAzərbaycanda yarım milyon manatdan çox pul mənimsəyən şəxs həbs edildi