Az.shafaqna.com “Islam Today”-a istinadən xəbər verir ki, Özbəkistan parlamenti “Özbəkistan Respublikası Qanununa Dəyişiklik və Əlavələrin edilməsinə dair” qanun layihəsinin ikinci oxunuşda gözdən keçirilməsinə başlayıb.

Sənəd dövlət dilini dövlətin sərvəti elan edir və onun diskriminasiya və təhrifini, həmçinin ona qarşı ehtiramsızlığı qadağan edir.

Üstəlik, qanunda yazılıb ki, Özbəkistan onun ərazisində yaşayan millət və xalqların dillərinə ehtiramlı münasibəti təmin edir, həmçinin onların inkişafı üçün lazımi şəraitini yaradır.

“Dövlət dilini bilməməsinə görə vətəndaşların hüquq və azadlıqlarının məhdudlaşdırılması və dil üzrə diskriminasiya yol verilməzdir”, – deyə sənəddə qeyd edilib.

Millətlərarası ünsiyyət dilinin seçim hüququ vətəndaşların öz öhdəsinə buraxılır, dövlət orqanları və təşkilatlar isə öz işçilərinə öz peşə, ixtisas və vəzifələrini yerinə yetirə bilmələri üçün dövlət dilini öyrətmək üçün lazımi şəraiti yaratmaq tapşırığı verilir.

Əvvəlki məqaləTəhsil Nazirliyinə 1,5 milyon manat ayrılıb
Növbəti məqalədəAzərbaycanda Mədəniyyət naziri Anar Kərimov koronavirusa yoluxub