Az.shafaqna.com RT-a istinadən xəbər verir ki, Türkiyə istehsalı PUA-ların Ukraynaya satışı Rusiyaya qarşı yönəlməyib.
Bunu Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu bildirib.
“Biz istəyən ölkələrə PUA satırıq, bizim heç bir ilkin şərtimiz yoxdur. Ukrayna ilə olan bu saziş Rusiyaya qarşı yönəlməyib. Əgər Rusiyanın da bizim məhsullarımıza tələbatı olarsa, onlardan S-400 aldığımız kimi, onlara da öz məhsulumuzu satacağıq”, – deyə o qeyd edib.
Nazirin sözlərinə görə, Ankaranın həm Moskva, həm də Kiyevlə yaxşı münasibətləri var.
“Problem münaqişə və silahlı toqquşma yolu ilə həll edilməyəcək. Biz diplomatik həllə çağırırıq”, – deyə o əlavə edib.
Xatırladaq ki, “Baykar” şirkəti Ukraynanın “Bayraktar” PUA-larını aldığını bəyan edib.
Bu məqaləni paylaş