Neft ölkəsində 81 uşaq aclıqdan öldü

Az.shfaqna.com AA-ya istinadən xəbər verir ki, Nigeriyanın mərkəzi hissəsində yerləşən Nasarava ştatında 81 uşaq aclıqdan dünyasını dəyişib.

Ştat rəsmisinin sözlərinə görə, ştatda hələ də azı 5 min uşaq yarıac-yarıtoxluq vəziyyətindən əziyyət çəkməkdədir.

Onlardan da 2 mindən çoxu xəstəxanada müalicə almaqdadır.

Qeyd edək ki, Nigeriya neft və digəri təbii resurslarla zəngin ölkələrdən biridir və OPEK üzvüdür.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş