Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, naməlum şəxs Tbilisinin mərkəzində odlu silahdan atəş açıb. Bir gənc kişi yaralanıb.
Hadisə təqribən günorta vaxtı Saburtalo rayonunda Nakaşidze küçəsində baş verib.
Şahidlərin sözlərinə görə, hücum edən şəxs mopedlə hərəkət edirdi. O, qurbanına yaxınlaşıb, silahını çantasından çıxararaq atəş açıb. Nəticədə həmin gənc kişi 2 güllə yarası alıb.
Həmin qurbanın yanında onun dostu da olub. Atəşdən sonra onun dostu ilə hücum edən arasında dava baş verib və nəticədə hücum edən başından ciddi zədə alıb.
Hadisə yerinə operativ şəkildə polis əməkdaşları gəliblər və hücum edən şəxs isti izlərlə tutulub.
Yaralı və atəşi açan şəxs xəstəxanaya çatdırılıblar. Hər ikisinin vəziyyəti stabildir.
Faktla bağlı cinayət işi başladılıb.
Hazırda İoseliani küçəsi qapadılıb.