Britaniya Xarici İşlər Nazirliyi, vətəndaşlara İspaniyaya getməkdən çəkinməyi tövsiyə edib.

Az.shafaqna.com BBC-yə istinadən xəbər verir ki, yeni tədbirlər Britaniya turizm operatorları və hava yolları tərəfindən tənqid olunub. British Airways şirkəti məhdudiyyətlərin “minlərlə britaniyalıların tətil planlarını xaosa çevirəcəyini” söyləyib.

Bundan əvvəl İspaniya höküməti Covid-19 koronavirusunun yayılması ilə mübarizə üçün yeni tədbirlərin tətbiq olunduğunu elan etmişdi.

El Pais qəzetinin məlumatına görə, ölkənin 52 vilayətinin ən azı 30-da yoluxanların sayında artım müşahidə olunur.

Karantin məhdudiyyətlərinin qaldırılmasından bir ay sonra, xüsusən Barselona, ​​Zaragoza və Madriddə koronavirus xəstələrinin sayı kəskin artıb.