Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, hakimiyyət və müxalifət nümayəndələri arasında imzalanan “Gürcüstanın Gələcək Yolu” sənədi demokratiyanın möhkəmlənməsi istiqamətindəki ən mühüm addımdır.
Bunu Gürcüstan Baş naziri İrakli Qaribaşvili bildirib.
“Bu gün biz demokratiyanın möhkəmlədilməsi istiqamətində ən mühüm addımı atdıq. Bu, Gürcüstanın qələbəsidir!.. Ən əsası da, bu cür səbirlə siyasi danışıqların başa çatmasını gözləyən Gürcüstan xalqına təşəkkürlər. İndi biz hamımız ölkə qarşısında duran əsas problemlərin həlli üçün səy göstərməliyik”, – deyə o qeyd edib.
Bu məqaləni paylaş