UEFA 2024-cü ildən Çempionlar Liqasının (ÇL) formatının dəyişdirilməsi barədə qərar qəbul edib.
Az.shafaqna.com Sputnik-ə istinadən xəbər verir ki, bunu UEFA Baş katibinin müavini Corco Marketti bildirib.
Yeni formata əsasən, Avropanın ən prestijli klub turnirinin iştirakçılarının sayı 32-dən 36-ya çatdırılıb.
Qeyd edək ki, daha əvvəl “Deutsche Welle” nəşri 2024/25 mövsümündən başlayaraq ÇL-də qrup mərhələsinin ləğv olunacağını, komandaların ümumi sayının isə 32-dən 36-ya yüksəldiləcəyini yazıb. 36 komandadan 2-si yarışa “Wild Card” sistemi ilə buraxılacaq. Bu vəsiqə daxili çempionatda ÇL-ə viza ala bilməyən, amma turnirdə mühüm uğurlar əldə edən klublara veriləcək.
İsveçrə sistemi əsasında keçiriləcək yarışın ilkin final mərhələsində hər komanda 5-i səfərdə, 5-i evdə olmaqla 10 oyun keçirəcək. Bunun nəticəsində turnir cədvəli formalaşdırılacaq və ilk 8 yeri tutan komanda ÇL-in 1/8 finalına birbaşa vəsiqə qazanacaq. Digər 8 vəsiqə uğrunda 9-24-cü yerlər tutan komandalar pley-off formatında mübarizə aparacaq.
Xatırladaq ki, turnir 2024/25 mövsümünə qədər indiki formatda davam edəcək.