Gürcüstanla 2021-ci ildə ən çox ticarət edən ölkələr

Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, 2021-ci ilin yanvar-mart aylarında 10 ən iri ixracatçı ölkənin Gürcüstanın ümumi ixrac həcmindəki payı 76,7 faiz təşkil edib.

Gürcüstanın xarici ticarətinə dair ilkin məlumatları Gürcüstan Milli Statistika Xidməti dərc edib.

Bildirilir ki, ilk 3-lükdə 1-ci yerdə Çin qərarlaşıb – 109,8 milyon dollar. İkinci yerdə Rusiya – 109,5 milyon dollar, 3-cü yerdə isə Azərbaycandır – 104,6 milyon dollar.

Üstəlik, ilkin məlumatlara əsasən, yanvar-mart aylarında 10 ən iri idxalatçı ölkənin Gürcüstanın ümumi idxalındakı payı 71,5 faiz təşkil edib. İlk 3-lükdə Türkiyə – 343,3 milyon dollar, Rusiya – 220,4 milyon dollar və Çindir – 182,8 milyon dollar.

Qeyd edilir ki, 2021-ci ilin yanvar – mart aylarında 10 ən iri ticarət həmkarının Gürcüstanın ümumi xarici ticarət dövriyyəsindəki paryı 72,2 faiz təşkil edib.

Gürcüstanın ən iri ticarət həmkarı olan ölkələr bunlardır: Türkiyə – 419 milyon dolar, Rusiya – 329,8 milyon dolar və Çindir – 292,6 milyon dollar.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş