Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir k i, Gürcüstanda Çininin “Sinopharm” vaksini ilə vaksinasiya 4 mayda start götürəcək.
Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze məlumat verib.
Çinin adıçəkilən peyvəndi aprel ayının sonunda Ümumdünya Səhiyyə Təşkilatı Tərəfindən (ÜST) təsdiq edilməlidir, buna görə də Gürcüstanda bu vaksindən istifadə mayın əvvəlindən başlayacaq.
Gürcüstanın baş epidemioloqunun sözlərinə görə, ölkədə vaksinasiya etdirmək istəyənlərin sayında artım müşahidə edilsə də, rəqəmlər epidemioloqların istədiyi kimi yüksək deyil.
O qeyd edib ki, ölkədə “Sinopharm” vaksininin 100 min dozası var.
Bu məqaləni paylaş