Az.shafaqna.com xəbər verir ki, Gürcüstanda 4.5 bal gücündə zəlzələ baş verib.
Bu baradə Milli Seysmik Monitorinq Mərkəzindən məlumat verilib.
MSMM bildirib ki, zəlzələ Sameqrelo-Zemo Svaneti diyarının Qamoqma Kariata kəndi yaxınlığında baş verib.
Məlumata görə, yeraltı təkanların episentri Xobi şəhərindən 2 kilometr qərbdə, ocağı isə 18 kilometr dərinlikdə yerləşib.
Bu məqaləni paylaş