İraqda İŞİD-in gizli silah anbarı aşkar edildi

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, İraqın təhlükəsizlik qüvvələri Neynəva əyalətidə İŞİD terrorçulara aid silah anbarı aşkar ediblər.

İraq Kəşfiyyat Xidmətinin məlumatına görə, əməliyyat 14 apreldə Neynəva əyalətinin Kifa rayonundakı evlərdən birində keçirilib.

Qeyd edilib ki, terrorçular həmin evi silah anbarı və partlayıcı qurğuların hazırlanması üçün yer kimi istifadə ediblər.

Anbardan böyük sayda partlayıcı qurğu, mina, raket və minaatan mərmiləri müsadirə edilib.

Bu məqaləni paylaş