İranda nüvə obyektindəki diversiyada şübhəlinin adı açıqlandı – FOTO

Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, İran Natanzda yerləşən nüvə obyektində törədilmiş diversiyada şübhəli bilinən şəxsin adını açıqlayıb.

“O, Rza Qədimidir, 43 yaşı var, bu obyektdə işləyirdi, təhlükəsizlik qüvvələrinin əməkdaşları onun barəsində öyrəndikdən sonra o, İrandan qaçıb”, – deyə qeyd edilib.

Xatırladaq ki, İran Atom Enerjisi Təşkilatı 11 apreldə bəyan edib ki, Natanzdakı nüvə obyektində qəza baş verib.

Hadisənin partlayış nəticəsində baş verdiyi bildirilib.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş