Az.shafaqna.com REGNUM-a istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkə rəhbərliyi “Türkiyə maraqlarının sıxışdırılmasına” imkan verməyəcək.

O əlavə edib ki, Türkiyə başqa ölkələrin təbii resurslarına və ya ərazisinə iddialı deyil.

Onun sözlərinə görə, Ankara öz vətəndaşlarının maraq və hüquqlarını “quruda, dənizdə və havada” müdafiə edəcək.

Ərdoğan qeyd edib ki, hücumların fonunda Türkiyənin mövqelərinin zəifləyəcəyini gözləyən “müəyyən dairələrin” ümidləri artıq boşa çıxıb.