Müsəlman ölkəsi Aya lunoxod göndərəcək

Az.shafaqna.com “Islam Today”-a istinadən xəbər verir ki, BƏƏ-nin Kosmik Agentliyi və Yaponiyanın özəl kosmik şirkəti “iSpace” arasında BƏƏ-li mütəxəssislərin hazırlayacağı lunoxodun Aya çatdırılmasına dair müqavilə bağlanıb.

Yaponiya şirkətinin məlumatına görə, uçuş 2022-ci ilə planlaşdırılıb.

Plana əsasən, buraxılış Floridadan baş tutacaq və bunun üçün “SpaceX” şirkətinin hazırladığı “Falcon 9” daşıyıcısından istifadə ediləcək.

Sözügedən aparat Ayın orbitinə çatdırılmalıdır. Lunoxod isə Ay səthinə enişi özü edəcək, lakin Yer ilə lunoxod arasında əlaqənin təminatından cavabdeh “iSpace” olacaq.

Xatırladaq ki, BƏƏ Kosmik Agentliyi 2017-ci ildə qurulub. 2019-cu ildə ilk BƏƏ-li astronavt – Həzza əl-Mənsuri Beynəlxalq Kosmik Stansiyada olub. 2021-ci ilin fevralında isə BƏƏ Marsa zond göndərib.

10 apreldə BƏƏ ölkənin kosmik proqramının 2 yeni iştirakçısının adını açıqlayıb.

Bu məqaləni paylaş