Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, Mosulda İŞİD-lə getmiş şiddətli döyüşlər zamanı tamamilə dağılmış evlərdən birindən təxminən 1,6 milyon dollar pul, həmçinin kiloqramlarla gümüş və qızıl pul sikkələri tapılıb.
Bütün bunlar bir zamanlar İŞİD terrorçularının nəzarətində olub və terror təşkilatının “xəzinəsində” saxlanılıb. Bütün bu pullar və dəyərli metallar yerli sakinlərin terrorçular tərəfindən qarət edilmiş sərvətidir.
Belə ki, həmin evdəki gizli yerdən 1,59 milyon dollardan çox pul, pul sikkəsi qəlibləri üçün nəzərdə tutulmuş 15 kq gümüş və yarım kiloqrama yaxın artıq kəsilmiş qızıl pul sikkələri, həmçinin 17,5 kq gümüş külçə.
Xatırladaq ki, İŞİD terror təşkilatı 2014-cü ildə İraqda böyük əraziləri ələ keçirmiş və Mosul şəhərini özlərinə paytaxt qərar vermişdilər. Terrorçular nəzarətlərindəki ərazilərdə yaşayan sakinlərdən “haqq” toplayır, həmçinin dinc sakinləri, şirkətləri, dövlət müəssisələri və bankları qarət edirdilər.
Adıçəkilən şəhər 2017-ci ildə terrorçularından işğalından azad edilib.