Məkkə və Kəbədəki xoş qoxunun mənbəyi

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, Məkkənin müqəddəs məkanlarında xoş qoxulu ətirlərdən istifadə edilir.

Builki müqəddəs Ramazan ayında da Məkkə məscidi və Kəbə sutka ərzində 10 dəfə yüksəkkeyfiyyətli ətriyyat məhsulu ilə ətirləndirilir.

Həmçinin bu müqəddəs məkanlardakı xüsusi mühitin saxlanması üçün hər gün 60 kq ənənəvi xoşətirli ud buxuru yandırılır.

Bundan başqa, mövcud şəraitdə Məscidül-Həram məscidi sutka ərzində 10 dəfə antiseptiklə dezinfeksiya edilir.

Bu məqaləni paylaş