Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Tbilisi meri Kaxa Kaladze özünü yaxşı hiss edir və 19 apreldən işə başlayacaq.

O, bu barədə sosial şəbəkə üzərindən məlumat verib.

Olduqca çox insan yazıb sağlamlığım haqda soruşduğu üçün bu barədə məlumatlandırmağı lazımlı hesab etdim. Mən bütün istiqamətlər üzrə əlavə müayinələr keçirdim və mən olduqca xoşbəxtəm ki, heç nə yoxdur, mən özümü yaxşı hiss edirəm və bazar ertəsindən işə qayıdıram və biz birlikdə paytaxt üçün lazım olan bütün mühüm layihələri edəcəyik”, – deyə o qeyd edib.

Kaladze iştirak və dəstəyə görə hər kəsə təşəkkürünü bildirib.

Xatırladaq ki, 12 apreldə Kaladzenin bir müddətlik ölkə xaricinə getməsi haqda məlumat yayılmışdı.

Əvvəlki məqaləZərdabda evdən çıxan koronavirus xəstəsi saxlanılıb
Növbəti məqalədəLondon məscidi hər gün tibb işçiləri və ehtiyaclı insanlara iftar verir – FOTO