Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstan NATO əməliyyatında iştirak edən qoşunlarını Əfqanıstandan çıxarır.
Bu barədə Gürcüstan Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilir ki, bununla bağlı Gürcüstan tərəfi həm NATO, həm də ABŞ-la məsləhətləşmələr keçirir. Gürcüstan qoşunlarının Əfqanıstandan çıxarılması onlarla koordinasiya çərçivəsində baş verəcək.
Qeyd edək ki, Gürcüstan 2004-cü ildən Əfqanıstandakı NATO əməliyyatında iştirak edir. İndiyədək bu Asiya ölkəsinə minlərlə gürcüstanlı hərbçi göndərilib və 32 Gürcüstan hərbçisi orada ölüb.
Hazırda Əfqanıstanda 870-dən çox gürcüstanlı hərbçi var.
Xatırladaq ki, ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması 1 maydan başlayır.
Bu məqaləni paylaş