Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, Əfqanıstanda cari ilin ilk 3 ayında 573 dinc sakin qətlə yetirilib.
Bu barədə BMT-ın Əfqanıstana Yardım Missiyası məlumat verib.
Bu ölkədə davam edən zorakılıq nəticəsində həmçinin 1 210 dinc sakin də yaralanıb.
Əfqanıstanda 2021-ci ilin ilk 3 ayı ərzində mülki əhali arasında olan qurbanların sayı, 2020-ci ilin oxşar dövrü ilə müqayisədə, 29% artıb.
Qətllərin 43,5 faizinin məsuliyyətini “Taliban” terrorçuları öz üzərinə götürüblər. Həmçinin İŞİD və digər terror qruplaşmalarının da bu qətllərdə əlləri var.
Qeyd edilir ki, Əfqanıstanda dinc sakinləri toqquşmalar, bomba partlayışları və sui-qəsdlər nəticəsində həyatlarını itirirlər.
Cari ilin ilk 3 ayında toqquşma zamanı 179 nəfər dünyasını dəyişib.
Qurbanlar arasında qadınlar və uşaqların olması isə dəhşətverici faktdır.