NATO Baş katibi Rusiyaya çağırış etdi

NATO-nun Baş katibi Yens Stoltenberq Rusiyaya Ukrayna ilә bağlı çağırış edib.

Az.shafaqna.com trthaber-ə istinadən xəbər verir ki, Yens Stoltenberq  NATO Şurasının müdafiә vә xarici işlәr nazirlәri sәviyyәsindәki iclasından sonra Amerika Birlәşmiş Ştatları dövlәt katibi Entoni Blinken vә ABŞ müdafiә naziri Loyd Ostin ilә birgә mәtbuat konfransı tәşkil edib.

Yens Stoltenberq NATO-ya üzv ölkәlәrin nazirlәrinin iclasında Rusiyanın Ukraynada vә әtrafındakı hәrbi hәrәkәtliliyini müzakirә etdiklәrini bildirib.

Bunun Krımın 2014-cü ildә ilhaq edilmәsindәn sonra әn böyük hәrәkәtlilik olduğunu vurğulayan Yens Stoltenberq deyib: ‘‘NATO mittәfiqlәri Ukraynanın әrazi bütövlüyü ilә suverenliyini dәstәklәyir vә Rusiyaya hәrbi hәrәkәtliliyini dәrhal dayandırması vә beynәlxalq ohdәliklәrinә әmәl etmәsi ilә bağlı çağırış edir. Bu gün keçirilәn iclas birliyimizin әhәmiyyәtli bir göstәricisidir’’.

Bu məqaləni paylaş