Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, “Gürcü Arzusu” partiyasını tərk edən deputat Giorgi Xocevanişvili Giorgi Qaxariyanın arxasında Bidzina İvanişvilinin durmasına dair yayılan məlumatı təsdiq etməyib.
“Sözsüz, bu, həqiqətə uyğun deyil”, – deyə o qeyd edib.
Bununla yanaşı, “Qaxariya Tbilisi meriyasına namizədliyini irəli sürəcəkmi?” sualına cavab olaraq Xocevanişviili bildirib ki, “bu barədə danışmaq üçün hələ tezdir, biz prosesləri izləyəcəyik”.
Xatırladaq ki, Qaxaria və 5 deputat iqtidar partiyasından ayrılaraq yeni partiya qururlar.
Bu məqaləni paylaş