Pakistanda 4 terrorçu məhv edildi

Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, Pakistan təhlükəsizlik qüvvələri ölkənin cənub-qərbində yerləşən Bəlucistan əyalətində anti-terror əməliyyatı keçirib.

Əməliyyat zamanı İŞİD terror təşkilatı ilə əlaqəli olan “Ləşkəri Cənqvi” terror təşkilatının 4 üzvü məhv edilib.

Təhlükəsizlik qüvvələri əməliyyatı əldə etdikləri kəşfiyyat məlumatları əsasında Bolan bölgəsində keçiriblər.

Terrorçularla başlayan toqquşma nəticəsində 4 terrorçu məhv edilib, 3-ü isə qaçaraq gizlənib. Onların axtarışı davam edir.

Qeyd edilib ki, saxlanılan terrorçuların şiə müsəlmanlara qarşı hücumlarda əlləri var və onların əsas hədəfləri məhz şiələrdir.

Bu məqaləni paylaş