“Giorgi Qaxaria ilə bərabər qərar verdik ki, altı deputat yeni partiyanın yaradılmasına başlayaq və “Gürcü Arzusu” partiyasını” tərk edirik.”
Az.shafaqna.com 1tv-yə istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin Qori və Kaspi üzrə deputatı Giorgi Xocevanişvili keçirdiyi brifinqdə deyib.
“Hər biriniz yaxşı bilirsiniz ki, biz Giorgi Qaxarianın dəstəsinin üzvləriyik və bizi ortaq dəyərlər və məqsədlər birləşdirir.
Bu gündən etibarən, Qaxaria ilə bərabər yeni partiyanın yaradılması üçün fəaliyyətə başlayırıq və bu gün “Gürcü Arzusunu” tərk etdikdən sonra, müstəqil deputatlar olaraq, siyasi fəaliyyətimizə davam edəcəyik”, – deyə Xocevanişvili bildirib.
Bu məqaləni paylaş