Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Macarıstanın “Wizz Air” şirkəti 18 apreldən Kutaisi beynəlxalq hava limanından olan müntəzəm uçuşları bərpa edir.
Bu barədə Gürcüstan Vətəndaş Aviasiyası Agentliyi məlumat verib.
“18 apreldən yenilənmiş Kutaisi hava limanından Vilnüs və Varşavaya birbaşa reyslər bərpa ediləcək. Maydan isə Riqa və Dortmund istiqamətində uçuşlar başlayacaq”, – deyə qeyd edilib.
Hazırda müxtəlif aviaşirkətlər tərəfindən Gürcüstan istiqamətində həftədə 70 reys həyata keçirilir, yay üçün isə onların sayı 200-dən artacaq. Müqayisə üçün, 2020-ci ilin avqustunda həftədə 10-12 reys həyata keçirilirdi.
Gürcüstanda müntəzəm uçuşlar cari ilin 1 fevral tarixindən bərpa edilib.
Bu məqaləni paylaş